Şimali Kipr Prezidenti Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda

post-img

Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar oktyabrın 16-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib.

Dövlət başçısı ziyarət çərçivəsində fondun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.

G.Əfəndiyeva Şimali Kipr Preziden­tinə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti barədə məlu­mat verib. 

E.Tatar isə qeyd edib ki, Şimali Kip­rin tezliklə Beynəlxalq Türk Mədəniy­yəti və İrsi Fondunun üzvü olacağına ümid edirlər: "Biz birlikdə bir çox işlərə imza atacağıq”.

Xatırladaq ki, Şimali Kipr Prezidenti Ersin Tatar oktyabrın 12-də 200 nəfər­dən ibarət nümayəndə heyəti ilə Azər­baycana səfər edib. Səfər bu gün başa çatacaq.

Son xəbərlər