Ersin Tatar ölkəsinin nümayəndəliyində

post-img

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar oktyabrın 16-da Şimali Kiprin Azərbaycandakı nümayəndəliyinin binası ilə tanış olub. 

Nümayəndəliyin rəhbəri Ufuk Turganer Prezidentə binada ya­radılan şərait barədə məlumat verib. 

Qeyd edək ki, Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyi 1997-ci ildən fəa­liyyət göstərir.

Xatırladaq ki, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar ölkəmizə səfəri çərçivəsin­də bir sıra görüşlər keçirib, təd­birlərdə iştirak edib, dünya mə­dəni irs abidələri sırasında yer alan İçərişəhər və Heydər Əliyev Mərkəzi ilə tanış olub. 

XQ

Son xəbərlər