İlin əvvəlindən Qarabağa 4 milyard manat vəsait yönəldilib

post-img

Maliyyə Nazirliyinin məlumatına görə, bu ilin yan­var-sentyabr aylarında Azərbaycan hökuməti işğal­dan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına 3 milyard 741 milyon manat vəsait yönəldib.

Bildirilir ki, bu, 2023-cü ilin dövlət büdcəsində sözü­gedən məqsədlə nəzərdə tutulmuş vəsaitin 77,9 faizi deməkdir. Həmin vəsait sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsa­sında istifadə olunub.

Dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərclə­ri üzrə icraçıların verdiyi sifarişlər əsasında 1 milyard 588,5 milyon manat maliyyələşdirilmə həyata keçirilib ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 59,7 faizinə bərabərdir.

XQ

Son xəbərlər