İki avtomobil minaya düşüb

post-img

Oktyabrın 13-də saat 5 radələrində işğaldan azad edilmiş Xocavənd rayonu, Haramı düzü ərazisində 2 yük maşınının minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan bildirilib ki, araşdırma zamanı hadisə nəticəsində “Qazel” markalı avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Famil Əbilovun ölmə­si və “Mercedes-Benz Atego” markalı av­tomobilinin sürücüsü, 2000-ci il təvəllüdlü Namaz Bayramovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Xocavənd Rayon Pro­kurorluğunda araşdırma aparılır.

XQ

Son xəbərlər