Erməni politoloq: Artıq Ermənistanın məhvi qaçılmazdır

post-img

“Bütün problemlərimizin bir səbəbi var: milli boşboğazlıq və özünütəriflə müşayiət olunan özünütənqidin tam olmaması, başqa sözlə, boş özünütərifləmə”.

“Caliber” xəbər verir ki, bu barədə erməni politoloq Hayk Martirosyan öz Facebook səhifəsində yazıb.

“Fəlakətlərdən, məğlubiyyətlərdən, uğursuzluqlardan və səhvlərdən hər hansı bir dərs çıxara bilmədik. Məhz bu iyrənc xüsusiyyət məhvimizi daha qaçılmaz etdi. Bu, bizim sonumuzdur. Ona görə də Ermənistanın məhvi artıq qaçılmazdır, Vətənimizin itirilməsi çox yaxındır və ölkə tarixinin son səhifəsi artıq çevrilib”, - deyə Hayk Martirosyan yazıb.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Son xəbərlər