Ədalət mühakiməsi: yeni çağırışlar və imkanlar

post-img

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin təşkilatçılığı ilə “Müasir dövrdə ədalət mühakiməsi: Yeni çağırışlar, yeni imkanlar” mövzusunda elmi-praktiki konfrans keçirilib. 

Giriş nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, bu il anadan olmasının 100 illiyi sonsuz sevgi və hədsiz qədirbilənliklə qeyd edilən Ümummilli lider Heydər Əliye­vin böyük səyləri nəticəsində müstəqil Azərbaycan dövləti hüquqi, demokra­tik, dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyir. Ötən illərdə respubli­kamızda vətəndaş cəmiyyətinin forma­laşması, insanların azad, sərbəst yaşa­ması, qanunun aliliyinin təmin edilməsi üçün yüksək tələblərə cavab verən nor­mativ-hüquqi baza yaradılıb. 

Azərbaycan Respublikası Ali Məh­kəməsinin və Məhkəmə-Hüquq Şu­rasının sədri İnam Kərimov çıxışında ölkəmizdə bütün sahələrin, o cümlədən məhkəmə hakimiyyətinin inkişafının müasir Azərbaycanın memarı Ulu ön­dərin adı ilə bağlı olduğunu vurğulayıb. 

Bildirilib ki, Ümummilli liderin rəh­bərliyi ilə Azərbaycanda yeni məhkəmə sisteminin tədricən təkmilləşdirilməsi istiqamətində xeyli uğurlu işlər görülüb. Məhkəmə-hüquq sahəsində islahat­ların davamı olaraq, formalaşdırılmış vahid məhkəmə təcrübəsinin bütün hüquq ictimaiyyətinə əlçatanlığının tə­min edilməsi istiqamətində hazırda mühüm işlər həyata keçirilir. Yeni çağı­rışlara cavab vermək üçün ölkəmizdə məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsinin hə­yata keçirilməsində peşəkarlığın artırıl­ması və innovativ texnologiyaların tət­biqi, məhkəmə proseslərində çevikliyin artırılması zamanın tələbidir. 

Naxçıvan MR Ali Məhkəməsinin sədri Səadət Bəktaşi, Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov, Mux­tar Respublikanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva, Naxçıvan MR ədliyyə naziri Daşqın Rəhimov və prokuroru Sənan Paşayev Ulu öndərin zəngin və şərəfli həyat yolu, siyasi və dövlətçilik fəaliy­yətindən, onun başçılığı ilə aparılan hüquq islahatlarından, ölkəmizin bütün sahələrdə inkişafının təmin olunması istiqamətində göstərdiyi əvəzsiz xid­mətlərdən danışıblar.

 

Səbuhi HƏSƏNOV 
XQ

Naxçıvan

Son xəbərlər