BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və İnkişaf Proqramının beynəlxalq mütəxəssisləri, Azərbaycandakı nümayəndələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Naxçıvan Muxtar Respublikasında 3 günlük səfərdə olublar.
Qonaqlarla Naxçıvan MR Təbii Sərvətlər Nazirliyində keçirilən görüşdə muxtar respublikada birgə icra olunacaq müxtəlif layihələrlə bağlı fikir mübadiləsi aparılıb və pri¬oritetlər müəyyənləşdirilib.
Səfər iştirakçıları Zəngəzur Milli Parkında endemik fauna və flora növlərinin qorunması, tullantıların idarə edilməsi, meşəsalma, meşəbərpa tədbirləri ilə bağlı və bir sıra digər layihələr haqqında da danışıqlar aparıb, həmçinin Zəngəzur Milli Parkının işçi heyəti ilə görüşüblər.
Səbuhi HƏSƏNOV
XQ
Naxçıvan