XİN: Müzakirələr, məsləhətləşmələr

post-img

Oktyabrın 6-da xarici işlər naziri Ceyhun Bayramov Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Serbiya arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə re­gionda mövcud vəziyyət müzakirə olunub. 

Nazir Ceyhun Bayramov Azər­baycan ilə Serbiya arasında müxtə­lif sahələr üzrə ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyinin inkişafında qarşılıqlı təmasların və səfərlərin, xüsusilə iki ölkənin liderləri arasında mövcud siyasi di­aloqun əhəmiyyətini məmnunluqla qeyd edib. Serbiyanın keçmiş Ermə­nistan-Azərbaycan münaqişəsində, habelə postmünaqişə dövründə hər zaman ölkəmizin suverenliyi və əra­zi bütövlüyünü tam dəstəklədiyini xatırlayan nazir Ceyhun Bayramov beynəlxalq hüququn bu vacib prin­siplərinə münasibətdə ikili standart­ların tətbiqinin qəbuledilməz oldu­ğunu vurğulayıb. 

Milli Assambleyanın sədri Vla­dimir Orliç Azərbaycan səfərindən, habelə səfər çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul edil­məsindən məmnunluq duyduğunu deyib. Bölgədəki vəziyyət və mən­zərənin əslində tam aydın olmasına baxmayaraq, beynəlxalq hüquqa və mövcud reallıqlara zidd olaraq bir sıra ölkələr tərəfindən ortaya qoyu­lan ziddiyyətli mövqelərin təəssüf doğurduğu diqqətə çatdırılıb. 

***

Oktyabrın 6-da Bakı şəhə­rində Azərbaycan Respublikası ilə Qətər Dövlətinin Xarici İşlər nazirlikləri arasında siyasi məs­ləhətləşmələrin növbəti raundu keçirilib.

Siyasi məsləhətləşmələrə Azər­baycan tərəfindən xarici işlər nazi­rinin müavini Yalçın Rəfiyev, Qətər Dövləti tərəfindən xarici işlər üzrə dövlət naziri Soltan bin Saad Al-Mu­reyxi rəhbərlik edib. 

Məsləhətləşmələr zamanı siya­si, iqtisadi, enerji, humanitar, parla­mentlərarası əlaqələr sahələri üzrə ikitərəfli əməkdaşlığın hazırkı və­ziyyəti və perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulma­ma Hərəkatı çərçivəsində əməkdaş­lıq məsələləri müzakirə olunub. 

***

Azərbaycan Səudiyyə Ərəbis­tanının 2034-cü ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etmək təşəbbüsünü dəstəkləyir.

Bu barədə Azərbaycan Res­publikası Xarici İşlər Nazirliyinin “X” səhifəsindəki paylaşımında qeyd olunub.

Paylaşımda bildirilib: “İnanırıq ki, çempionat Səudiyyə Ərəbista­nında dünya səviyyəli turnir olacaq. Çünki bu dost ölkə çoxsaylı turnir­lərə ev sahibliyi edib və futbola kök­lü həvəsi var”.

XQ

Son xəbərlər