İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Fransanın Paris şəhərindəki mənzil qərargahında Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin 22-ci plenar iclası və Şəbəkənin İdarə Heyətinin 28-ci görüşü keçirilib.
Tədbirlərdə ölkəmiz Baş prokurorun müavini – Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil olunub.
İclasda Nazim Rəcəbov ölkəmizin korrupsiyaya qarşı mübarizə təcrübəsinə dair geniş məlumat verib, eləcə də ölkəmiz üzrə dəyərləndirilən hər bir fəaliyyət sahəsi üzrə tədbir iştirakçılarının sualları cavablandırılıb.
XQ