Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb

post-img

Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi sentyabrın 27-də saat 12:00-da ölkə bütün ölkə ərazisində bir dəqiqəlik sükutla yad olunub.

İnsanlar şəhid əsgər və zabitlərimizin ruhları qarşısında baş əyib, onların xatirəsinə dərin ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər. Sükut dəqiqəsi zamanı dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillər­dən səs siqnalları verilib.

XQ

Son xəbərlər