Nyu-Yorkda ABŞ və Özbəkistan prezidentləri görüşüblər

post-img

BMT Baş Assambleyasının 78-ci sessiyasının tədbirləri çərçivəsində Özbəkistan və ABŞ Prezidentləri - Şavkat Mirziyoyev və Cozef Bayden arasında danışıqlar olub. Bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

“İkitərəfli gündəlikdəki cari və regional əmək­daşlıq məsələlər müzakirə edilib. ABŞ Preziden­ti müstəqillik, suverenlik və ərazi bütövlüyünü, eləcə də Özbəkistanda davam edən islahatların gedişini dəstəklədiyini təsdiqləyib”, - məlumatda deyilir.

Tərəflər Mirziyoyevin ABŞ-a səfəri ərəfəsində ikitərəfli görüşlərin və biznes forumun nəticələrini müsbət qiymətləndiriblər.

XQ

Son xəbərlər