BMT-də Xəzərin ekoloji problemləri səsləndirilib

post-img

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov “Xəzər Ekoloji Təşəbbüsü” yaratmağı təklif edib. Bu barədə ölkə başçısı BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxış edərkən söyləyib.

Siyasətçi BMT BA-nın nü­mayəndələrinə müraciətində xa­tırladıb ki, ötən ilin yayında Türk­mənistanda keçirilən VI Xəzər Sammitində bütün iştirakçılar eko­loji məsələlərdə sıx əməkdaşlığa hazır olduqlarını qəti şəkildə təs­diqləyiblər.

Onun fikrincə, belə bir təşkilat Xəzər dənizinin ətraf mühitin mü­hafizəsi, onun bioloji ehtiyatlarının qorunması, bir sıra aktual ekoloji problemlərin həlli ilə bağlı geniş spektrli məsələlər üzrə peşəkar qarşılıqlı fəaliyyət üçün beynəlxalq platformaya çevrilə bilər.

Berdiməhəmmədov Mərkəzi Asiyada ekoloji problemlərə daha çox diqqət yetirməyi də təklif edib. O, “təxminən, 80 milyon əhalisi olan, geniş əraziləri tutan, unikal təbii sərvətlərə və biomüxtəlifliyə malik olan və eyni zamanda ciddi ekoloji risklər zonasında, yerləşən region üçün BMT-nin hərtərəfli ekoloji strategiyasının formalaş­dırılması üçün məqsədyönlü və konkret tədbirlərə başlamağa” ça­ğırıb.

XQ

Son xəbərlər