Rusiya sülhməramlı kontingenti Qarabağın 2 mindən çox mülki ermənini təxliyə edib. Məlumatı Rusiya Müdafiə Nazirliyi təsdiqləyib. Xəbəri “İzvestiya.ru” verib.
Təxliyə edilənlər müvəqqəti yaşayış yeri və isti yeməklə təmin olunublar. Bundan əlavə, Xüsusi Təyinatlı Tibb Birliyinin həkim mütəxəssisləri xəsarət alan sakinlərə yardım göstərirlər.
Qeyd edək ki, Rəsmi Bakı bildirib ki, Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələri təslim olanadək antiterror tədbirləri davam edəcək. Müqavimət göstərə bilməyən separatçılar Azərbaycanın Yevlaxda görüş keçirmək çağırışı ilə razılaşıblar. Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə 2023-cü il sentyabrın 20-də saat 13:00-dan etibarən lokal xarakterli antiterror tədbirlərinin tam dayandırılması barədə razılıq əldə olunub.
Rizvan FİKRƏTOGLU
XQ