Rusiya ilə Azərbaycan arasında ticarət əlaqələri genişlənir. Maliyyə analitiki Aleksandr Razuvayev bildirib ki, Rusiya şirkətlərinin Şərqə yönləndirilməsi Azərbaycanla ticarət dövriyyəsinin artmasına səbəb olacaq. Onun sözlərinə görə, respublika yükdaşıma sahəsində etibarlı tərəfdaş kimi özünü təsdiq edib. Gələcək əməkdaşlıq yalnız genişlənəcək.
Razuvayev əmindir ki, 2030-cu ilə qədər Rusiyanın Yaxın Şərq və Asiya ölkələri ilə ticarət həcmi Rusiya Federasiyası ilə Avropa arasında 10 il əvvəlki ticarət səviyyəsinə çatacaq. Bundan başqa, azərbaycanlı investorlar MDB məkanında səhm və istiqrazların ticarəti üçün yeganə inkişaf etmiş platforma olan Moskva Birjasına daxil ola biləcəklər.
Azərbaycanlı investorları həm “Qazprom”, “LUKOIL” və “Sberbank” kimi iri şirkətlərin səhmləri, həm də səhm indeksləri maraqlandıra bilər, IPO-ları (səhmdar cəmiyyətinin səhmlərinin ilk açıq satışı) da unutmaq olmaz.
O, həmçinin xatırladıb ki, 2024-cü ildə 3-5 milyard rubl məbləğində 10-a yaxın əməliyyat gözlənilir. Bu ilin sonuna qədər isə ümumi həcmi təxminən 10 milyard rubl olan səhmlərin ilkin kütləvi təklifi gözlənilir.
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Moskva ilə Bakı arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bəyan edib. Onun sözlərinə görə, bu, 2022-ci ilin fevralında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin imzalanması sayəsində mümkün olub.
P.ƏFƏNDİ
XQ