Naxçıvanın sosial-iqtisadi inkişafına dair 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı təsdiqlənib

post-img

Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

İqtisadiyyat