Rusiya Ukrayna ilə müharibəyə 167,3 milyard dollar xərcləyib

post-img

Rusiya Federasiyası Ukrayna ilə müharibəyə gündə təxminən 300 milyon dollar xərcləyir. 2023-cü ilin yanvar-iyun aylarında Rusiya büdcəsi bütün 2023-cü ildə planlaşdırdığından daha çox vəsait xərcləyib. Buna baxmayaraq, Rusiya hərbi büdcəsini iki dəfə artırır, rus əsgərinin xərcləri isə getdikcə azalır.

“Forbes”in Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatlarına əsaslanan hesablamalarına görə, birbaşa hərbi xərclər və müharibənin 18 ayı ərzində (24 fevral 2022-ci ildən 24 avqust 2023-cü ilə qədər) itirilmiş Rusiya texnikasının dəyəri təxminən 167,3 milyard dollar təşkil edib. Ukraynanın bu qiymətləndirməsinə müdafiəyə ayrılan daimi xərclər daxil deyil. RF-nin iqtisadi itkiləri də nəzərə alınmayıb.

Ən böyük xərc maddələri bunlardır: hərbi əməliyyatlara dəstək (51,3 milyard dollar), hərbi maaşlar (35,1 milyard dollar), həlak olanların ailələrinə (25,6 milyard dollar) və yaralılara təzminat (21 milyard dollar) və məhv edilmiş texnikanın dəyəri (34 milyard dollar).

P.ƏFƏNDİ
XQ

Dünya