Dünyanın ən böyük yük gəmiləri

post-img

Yüklərin bir nöqtədən digərinə çatdırılmasında dənizlər önəmli rol oynayır. Bəzən  bütöv bir gəmini və ya neft platformasını daşımaq lazım gəlir. Dünyanın ən böyük yük gəmiləri məhz belə məqsədlər üçün yaradılıb. Belə nəhənglər yavaş-yavaş hərəkət etsələr də, çox ağır və iri yüklərin daşınmasına şərait yaradır.

1. Konteyner gəmisi “Emma Maersk” öz ölçüsü ilə insanları heyrətləndirir.  O, nəhəng gəmilər arasında liderdir - uzunluğu demək olar ki, 397 metr, eni - 63 metrdir. O, hər biri 14 tonluq 11000 konteyneri qəbul edir. Belə yüklərin öhdəsindən gəlmək üçün “Emma Maersk” dünyanın ən böyük daxiliyanma mühərrikləri ilə təchiz olunub. Maraqlıdır ki, bu gəmi onun sahibinin həyat yoldaşının adını daşıyırdı.

2. Ən böyük yük daşıyıcısı Cənubi Koreyada inşa edilmiş “Berg Stahl” idi. Onun uzunluğu 343 metr, eni 63,5 metrdi. Bu gəminin ümumi yükgötürmə qabiliyyəti 364 min tondan artıqdır. Yük gəmisi ilk səyahətini 1986-cı ildə edib.

3. “Blue Marlin” (“Mavi Marlin” başqa bir nəhəng gəmidir. 2004-cü ildə o, çəkisi 60.000 ton olan ən böyük neft platforması və qazma qurğusunu Koreyadan Texasa daşıyıb. Bu zaman 15.000 dəniz mili səyahət edib.

4. “Seawise Giant” neft tankeri Ginnesin Rekordlar Kitabına düşüb. Onun uzunluğu 458 metrdən, eni 68 metrdən çoxdur. Tanker 1979-cu ildə istifadəyə verilib 2010-cu ildə  isə sökülüb, lakin əsl nəhəng kimi yadda qalıb. Gəmi Yaponiyada tikilib.

"Xin Buyan" tankeri hazırda fəaliyyət göstərən tankerlərdən ən böyüyüdür. O, Çində müasir Çin texnologiyaları ilə tikilib. Uzunluğu 333 metrdi. Bu da 3 futbol meydançasından böyükdür. Eni 60 metr olan bu gəmi 308 min ton neft daşımaq üçün nəzərdə tutulub. Bu nəhəng dünyanı cəmi 60 günə dövr edir.

P.ƏFƏNDİ
XQ

Dünya