Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri ilə görüşüb

post-img

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 5-də ölkəmizdə səfərdə olan Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu il diplomatik münasibət­lərin qurulmasının 30-cu ildönü­münü qeyd edəcək Azərbaycan ilə Slovakiya arasında əlaqələrin müsbət dinamikasından məm­nunluğunu ifadə edən spiker, Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclasında ölkə­mizin Slovakiya Respublika­sında səfirliyinin təsis olunması haqqında qanun layihəsinin qə­bul edildiyini diqqətə çatdırıb. Spiker səfirliyin açılmasının ikitərəfli münasibətlərin dərin­ləşməsinə müsbət töhfələr verə­cəyinə əminliyini ifadə edib.

İkitərəfli münasibətlərin in­kişafında yüksək səviyyəli səfər­lərin və görüşlərin əhəmiyyətini vurğulayan spiker Sahibə Qafa­rova qonağın ötən illərdə Azər­baycana etdiyi səfərləri, habelə özünün 2021-ci ildə Slovakiya Respublikasına rəsmi səfərini və aparılan müzakirələri məm­nuniyyətlə xatırladığını bildirib. 

Spiker Sahibə Qafarova iqti­sadi münasibətlərdən danışarkən Azərbaycanla Slovakiya arasın­da yaradılmış Birgə İşçi Qrupun gələcək fəaliyyətinin ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyini bildirib. 

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadı­ğı mühüm rolu qeyd edən par­lamentin spikeri, ölkələrimiz arasında enerji sahəsində əmək­daşlığın gələcək perspektivlə­rindən danışıb, Slovakiyanın "Həmrəylik Halqası" STRING layihəsindəki iştirakının gələcək əməkdaşlığımızda yeni səhifə açacağını deyib.

Sıx təmasların və mədəni əlaqələrin möhkəmləndirilməsi, iki ölkənin regionları arasında əlaqələrin qurulması və inkişa­fına toxunan spiker Sahibə Qa­farova gələcəkdə Şuşa və Tren­çin şəhərlərinin qardaşlaşmış şəhərlərə çevrilməsinin qarşılıqlı anlaşma və etimadın daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə inamını ifadə edib.

Hazırda regionda mövcud olan vəziyyət barədə qonağa mə­lumat verən spiker Sahibə Qafa­rova diqqətə çatdırıb ki, məhz Azərbaycan öz torpaqlarının Er­mənistan tərəfindən 30 il davam edən işğalına son qoyduqdan və ərazi bütövlüyünü bərpa et­dikdən sonra münaqişə qurbanı olmasına baxmayaraq, Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar edilməsi məqsədilə Ermənistanla müna­sibətlərin beynəlxalq hüququn normaları və prinsipləri əsasında normallaşması üçün sülh təşəb­büsü irəli sürüb.

Laçın yolu ətrafında Ermə­nistanın apardığı yalan və uy­durma təbliğata diqqət çəkən Milli Məclisin sədri vurğulayıb ki, Laçın yolu açıq olub və indi də açıqdır. Orada hər hansı blo­kadadan söhbət belə gedə bil­məz. Laçın yolu Azərbaycanın ərazisidir. Spiker Sahibə Qa­farova Azərbaycanın Xankən­di şəhərinə və ətraf kəndlərə humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunun təklif edildiyini, amma təəssüf ki, Ermənistanın bu yoldan isti­fadə etmək istəmədiyini qonağın diqqətinə çatdırıb. Qarabağda yaşayan erməni sakinlərin Azər­baycan vətəndaşları olduqlarını bildirən Sahibə Qafarova xa­tırladıb ki, onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində lazımi addımlar atılır. O, qeyd edib ki, Azərbay­can Prezidenti İlham Əliyevin də dəfələrlə dediyi kimi, Qara­bağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və Azərbay­can vətəndaşları hansı hüquqla­ra malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar.

Azərbaycan parlamentində olmaqdan məmnunluğunu bil­dirən Boris Kollar ölkəmizə səfə­rinin məqsədləri və Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb. Qonaq Azərbaycanla Slovakiya arasında münasibətlərin hazırkı durumundan məmnunluğunu bildirib, yüksək səviyyəli qarşı­lıqlı səfərlərin önəmini diqqətə çatdırıb. O, Milli Məclisin sədri Sahibə Qafarovanın 2021-ci ildə Slovakiyaya səfərini xatırlayıb və bu səfərin parlamentlərara­sı əlaqələrin inkişafına təkan verdiyini qeyd edib. Qonaq parlamentlərarası əlaqələrin inkişafında qarşılıqlı səfərlə­rin intensivləşdirilməsinin və parlament komitələri arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyinə də toxunub.

Söhbət zamanı Boris Kollar Azərbaycanda mövcud olan to­lerantlıq və multikulturalizmin digər ölkələrə nümunə ola bilə­cəyini ifadə edib. Beynəlxalq hüququn və ədalətin Azərbayca­nın tərəfində olduğunu vurğula­yan qonaq, ötən səfərində Azər­baycanın işğaldan azad olunmuş ərazilərində olduğunu, sabah da həmin ərazilərə səfərə edəcə­yini, aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olaca­ğını qeyd edib. Qonaq Ağdam rayonunda Slovakiya tərəfindən həyata keçiriləcək “Ağıllı kənd” layihəsi barədə məlumat verib, ölkəsinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bər­pasında iştirakından məmnunlu­ğunu bildirib. İqtisadi əlaqələrin inkişafından danışan qonaq bu sahədə iş dairələri arasındakı əməkdaşlığın genişləndirilməsi­nin perspektivləri barədə fikirlə­rini bölüşüb.

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər