Səhiyyədə islahatlar davam edir

post-img

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndə heyətinin Naxçı­vana səfəri yekunlaşıb. ÜST-nin Azərbaycandakı nümayəndəliyinin mət­buat xidmətinin məlumatına görə, səfərin son günündə beynəlxalq təş­kilatın nümayəndə heyəti Ordubad, Şərur və Babək rayonlarında olub. Onlar rayonlarda yeni yaradılan Ailə Sağlamlıq Mərkəzlərinə, o cümlədən Babək rayon Hacıvar kənd feldşer-mama məntəqəsinə baş çəkiblər.

Müəssisələrin tibb işçiləri ilə gö­rüşlər keçirilib, görülən işlərlə bağlı müzakirələr aparılıb və müvafiq töv­siyələr verilib. Ekspertlərə muxtar res­publikada ailə sağlamlıq mərkəzlərinin yaradılmasının məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Nümayəndə heyəti son olaraq na­zirliyin tabeliyində olan Duzdağ Fiziote­rapiya Mərkəzini ziyarət edərək orada yaradılan şəraitlə yaxından tanış olub.

XQ

Son xəbərlər