Muxtar respublikanın sosial-iqtisadi inkişafı istiqamətində reallaşdırılan məqsədyönlü tədbirlər yeni texnologiyaların və rabitə sahəsinin inkişafına da əsaslı zəmin yaradıb.
Yaşayış məntəqələrində aparılan genişmiqyaslı abadlıq-quruculuq tədbirləri çərçivəsində müasir rabitə infrastrukturu yaradılır, yeni avadanlıqlar quraşdırılmaqla xidmətlərin səviyyəsi yüksəldilir.
Quruculuq tədbirləri Şərur rayonunun Tənənəm kəndini də əhatə edir, burada telekommunikasiya şəbəkəsi yenidən qurulur. 30 abonent qutusunun, 1500 metrə yaxın fiber-optik xətlər və müxtəliftutumlu hava və yeraltı kabellərin istifadəsi nəzərdə tutulur.
XQ

