Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir.
Səfər çərçivəsində nazir Adil Kərimli ilə ÇXR-in mədəniyyət və turizm naziri Hu Hıpin arasında geniş nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib.
Söhbət zamanı vurğulanıb ki, əməkdaşlığın müxtəlif sahələrində olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin yaxşı ənənələri formalaşıb. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının Çinin müxtəlif şəhərlərində böyük səhnələrdə nümayiş olunması bunun təzahürüdür.
Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin əhəmiyyətini vurğulayan Adil Kərimli bu platforma çərçivəsində ölkəmizdə həyata keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna Çin hökuməti tərəfindən həmişə diqqət göstərildiyini bildirib. O, Çin tərəfini 2024-cü ildə Bakıda keçiriləcək növbəti forumda iştiraka dəvət edib. Çinli nazir dəvəti qəbul edərək təşəkkürünü bildirib.
Nazir Hu Hıpin gələn il Azərbaycanda Çin mədəniyyəti həftəsinin keçirilməsi təklifini səsləndirib, bu barədə fikir mübadiləsi aparılıb.
XQ

