Mövqelərimiz Kəlbəcər və Naxçıvanda atəşə tutulub

post-img

Sentyabrın 4-ü saat 07:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

*** 

Dünən saat 09:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli ra­yonunun Arazdəyən yaşayış məntəqə­si istiqamətində yerləşən mövqelərin­dən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayo­nunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silah­lardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xid­mətindən bildirilib ki, hər iki halda or­dumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Son xəbərlər