Azərbaycan – İsrail dostluğu tarixin sınaqlarından çıxıb

post-img

Dünən Milli Məclisin Sədri Sahibə Qafarova İsrail–Azərbaycan parlamentlə­rarası əlaqələr üzrə dostluq qrupunun üzvləri – Yevgeni Sova, Osher Şkalim, Tatiana Mazarski və Almoq Koheni qəbul edib. 

Görüşdə Azərbaycan və İsrailin dost və tərəfdaş ölkələr olduğu diqqətə çatdırılıb, ölkələrimiz arasındakı fəal siyasi dialoq, yüksək səviyyəli səfər və görüşlərin münasibətlərin inkişafın­da müstəsna rolu vurğulanıb. Eyni za­manda, azərbaycanlılar və yəhudilərin əsrlər boyu sülh, dostluq və qarşılıqlı anlaşma şəraitində birgə yaşadıqları qeyd edilib. 

Görüşdə, həmçinin Azərbaycan və İsrail parlamentləri arasında əməkdaş­lıq məsələləri müzakirə olunub. Qanun­verici orqanlarımız arasında münasi­bətlərin inkişafında dostluq qruplarının fəaliyyəti, parlament üzvlərinin qarşılıq­lı səfərlərinin əhəmiyyəti diqqətə çatdı­rılıb.

***

Həmin gün Milli Məclisin Azərbay­can-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov və qrupun üzvləri ölkəmizdə səfərdə olan İsrail–Azərbaycan parla­ment dostluq qrupunun üzvü Yevgeni Sovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiy­yətlə əlaqələr şöbəsindən XQ-yə bildi­rilib ki, Anatoliy Rafailov Azərbaycanla İsrailin dost dövlətlər olduğunu, iki ölkə arasında münasibətlərin yüksələn xət­lə inkişaf etdiyini söyləyib. O, 44 gün­lük Vətən müharibəsi zamanı İsrailin dəstəyini yüksək dəyərləndirib.

İsrail–Azərbaycan parlament dost­luq qrupunun üzvü Yevgeni Sova dövlətlərimiz və xalqlarımız arasında olan dostluq münasibətlərinin məm­nunluq doğurduğunu qeyd edib, ölkə­sinin müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu söy­ləyib. 

Ə.BƏDƏLOV, XQ

Son xəbərlər