Kosmosda qarşıdurma bəşəriyyət üçün fəlakət ola bilər

post-img

Hərbi əməliyyatların kosmosa keçməsi bəşəriyyət üçün fəlakət nöqtəsi ola bilər. Bu barədə ABŞ Kosmik Qüvvələrinin komandanı Çens Soltsman bəyan edib. Məlumatı “İzvestiya.ru” verib. 

Onun sözlərinə görə, belə bir hal baş verərsə, bu, yerdəki hər cür müharibədən daha çox dağıtılara və risklərə gətirib çıxarar. Kosmosda qarşıdurma qarşıdakı bir neçə əsrdə insanların həyatını kardinal şəkildə dəyişə bilər.

Soltsman xatırladıb ki, kosmosda istənilən bir qurğunun zədələnməsi izsiz itməyəcək: onun parçaları yüz illərlə orbitdə qalacaq və çoxsaylı kollapslar yaradacaq. General deyib ki, ABŞ indidən özünün peyklərini opponentlərinin hədəfə almasından qorumalıdır. 

Aprelin 19-da ABŞ Silahlı Qüvvələri Kosmik Komandanlığının başçısı Ceyms Dikkinson da bəyan edib ki, Vaşinqton kosmosda münaqişəli vəyiyyətləri həll etmək üçün Çin və Rusiya ilə təmaslara hazırdır. 

 

Paşa ƏMİRCANOV, 

“Xalq qəzeti”

Son xəbərlər