Tovuzda ustad aşıqlar yad edilib

post-img

Tovuzda ustad aşıqlar Əkbər Cəfərovun 90, Əlixan Niftəliyevin isə 80 illiyinə həsr olunmuş “Sənətə bağlı ömür” adlı yubiley tədbiri keçirilib.

Tədbirdə Azərbaycan Aşıqlar Birliyi­nin sədri, Əməkdar elm xadimi, profes­sor Məhərrəm Qasımlı hər iki ustadın bənzərsiz sənətkarlıq xüsusiyyətlərindən söz açaraq deyib ki, bu iki böyük sənət­kar Azərbaycan aşıq sənətini təkcə Tovuz və ölkəmiz miqyasında deyil, bütövlükdə Türk dünyasında, beynəlxalq miqyasda çox ləyaqətlə təmsil ediblər. 

Tovuz RİH başçısı Məmməd Məmmə­dov son zamanlar ölkəmizdə aşıq sənətinə göstərilən qayğı və diqqətdən danışıb. 

Daha sonra Milli Məclisin deputa­tı Arzu Nağıyev, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, həmçinin Tovuz Xeyriyyə Cəmiyyətinin sədri Musa Süleymanov, tanınmış şair Ramiz Qu­sarçaylı və digər tədbir iştirakçıları çıxış edərək saz-söz sənətkarları Ə.Cəfərov və Ə.Niftəliyevin Azərbaycan aşıq sənətinə verdikləri töhfələrdən danışıblar.

Yubiley tədbiri aşıqların ifaları ilə da­vam edib. Sonda rəssam Fərman Hüsey­nov aşıq Əkbər Cəfərovun portretini onun ailəsinə hədiyyə edib. Aşıqların ailə üzvlə­ri aşıq sənətinə, mədəniyyətə verilən yük­sək qiymətə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Fidan SALMANOVA, “Xalq qəzeti”

Son xəbərlər