Hava yağışlı olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidromete­orologiya Xidmətinin məlumatına əsasən avqustun 30-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı, şim­şək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz oluna­caq. Gecə 20-23°, gündüz 24-28° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütunu­na yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxa­nı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26°,Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı göz­lənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsilə­cək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Ha­vanın temperaturu gecə 19-23°, gündüz 24-29°, dağlar­da gecə 9-14°, gündüz 14-19° isti olacaq.

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya