Naftalan: Səyyar görüşlərin səmərəsi

post-img

-Əgər səyyar görüşdə sakinlərin qaldırdığı problemlər həll olunmayacaqsa, gəlin onu keçirməyək...”

Şəhər icra hakimiyyəti başçısının hələ 2020-ci ilin yanvarında  aparat müşavirələrinin birində bir qədər məzəmmətlə, bir qədər də sərt dediyi bu sözləri hamı ciddi bir xəbərdarlıq kimi qəbul etdi.

Elə o vaxtdan başlayaraq belə görüşlərdə qaldırılan məsələlər tədricən ös müsbət həllini tapmağa başladı. Çünki ölkə Prezidenti İlham Əliyevin vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyələri rəhbər tutaraq Naftalanda vətəndaşlarla səyyar görüşlərin keçirilməsi, onların qaldırdıqları məsələlərin operativ həlli, ərizə və şikayətlə baxılaraq həll olunması üçün müvafiq tədbirlərin görülməsi şəhər icra hakimiyyətinin daim nəzarətində saxlanılır və bu, bir ənənə şəklini almışdır.

Səyyar görüşlərdə sakinlərin qaldırdıqları problemlərin dərhal nəzarətə alınması, bu işi icra edənlərin hesabatlarının dinlənilməsi və ən əsas da şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzovun işlərin gedişinə yerində özü nəzarət etməsi Naftalanın son illər nəzərəçarpacaq dərəcədə abadlığına, gözəlləşdirilməsinə, müasir kurort şəhərinə çevrilməsinə gətirib çıxarmışdır.

 Hamlet Qasımov,

“Xalq qəzeti”-nin bölgə müxbiri

 













Son xəbərlər