Bu ilin yanvar–iyul aylarında Azərbaycan əhalisinin gəlirləri 44 milyard 558 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatında həmin göstəricinin ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz çox olduğu bildirilib. Qeyd edək ki, son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 14,1 faiz artaraq 4 min 394 manata çatıb.
“Xalq qəzeti”

