Pakistanlı gənc lider baş nazirlə görüşüb

post-img

Pakistan-Azərbaycan Məzunları Assosiasiyasının (PAAA) təsisçisi Qeysər Nəvvab Pakistanın müvəqqəti baş naziri Ənvər-ül Haq Kakar ilə görüşüb. 

Cənab Nəvvab Azərbaycan-Pakistan iki xalq arasında əlaqələrin möhkəmlənməsi, qarşılıqlı inkişaf və əməkdaşlıq münasibətlərindən söz açıb. O, həmçinin Pakistanın ümumi əhalisinin 64 %-dən çoxunu təşkil edən gənclərin demoqrafik potensialının müəyyən sahələrdə istifadə edilməsinə görə Baş nazirə müraciət edib. Gənclərin istedadlarından səmərəli şəkildə yararlanmağın, onları ölkənin gələcək inkişafı üçün mühüm sərvət kimi yetişdirməyin vacib olduğunu deyən Nəvvab Baş nazirin bu yolda atdığı addımları və fədakarlığı dəyərləndirib. Bildirib ki, rəhbəri olduğu Pakistan-Azərbaycan Məzunları Assosiasiyası (PAAA) hər iki ölkə vətəndaşları arasında əlaqələrin möhkəmlənməsinə töhfə verir, qarşılıqlı anlaşma şəraitində bu cür görüşlər keçirir və qarşılıqlı əməkdaşlıq etməyə sadiq bir qurum kimi fəaliyyət göstərir.

Fidan SALMANOVA,

“Xalq qəzeti

 



Son xəbərlər