Aİ-nin Ermənistandakı missiyası Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşə tutulmayıb

post-img

"Xalq qəzeti" xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı missiyası Ermənistan Müdafiə Nazirliyinin mesajını şərh edərkən bildirib.

Bundan əvvəl Ermənistan müdafiə nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin Ermənistandakı Aİ müşahidəçiləri istiqamətində, guya, atəş açdığını bildirmişdi. Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın yaydığı məlumatı dezinformasiya adlandırıb.

“Heç bir EUMA patrulu (Aİ missiyası - red.) atəşə məruz qalmayıb. Biz Ermənistan-Azərbaycan sərhədi boyunca olan ərazilərdə patrul xidmətini həyata keçiririk və Brüsseli hərbi inkişaflar, o cümlədən məsuliyyət daşıdığımız ərazidə atışma insidentləri barədə məlumatlandırırıq”, - Aİ missiyası X-də bildirib.

 


Son xəbərlər