Turan ellərindən xəbərlər

post-img

Planetimizdəki türk yurdları mürəkkəb, lakin maraq kəsb edən həyat yaşayırlar. Qardaş türk uluslarından bir sıra məlumatları diqqətinizə təqdim edirik.

Qazaxıstan 

Sibir çayları axınının qismən Qa­zaxıstana yönəldilməsi problemi Qa­zaxıstan parlamentində müzakirə edimişdir. Millət vəkilləri Rusiya Fede­rasiyasının Dövlət Dumasına müraciət edərək bu xüsusda Qazaxıstan--Rusiya dövlətlərarası komissiya yaratmağı təklif edəcəklər. Prezident Qasım-Comərd To­kayev beynəlxalq su-energetik konsorsi­umu yaratmaq ideyasını irəli sürmüşdür. Asiya İnkişaf Bankı bu layihəyə 1,2 mil­yard ABŞ dolları ayırmaga hazırdır.

...Qazaxıstanda məktəb kitabxanala­rının işçilərinə müəllim statusu verəcəklər. Bu barədə Əmək və Sosial Müdafiə naziri Tamara Duysenova məlumat vermişdir. 

Qırğızıstan

İssık-kul vilayətində Asman şəhərinin inşasına başlanılmışdir. Qırğızıstan Pre­zidenti Sadır Japarov tikintinin bünövrə­sinə tarixçə-kapsul qoymuşdur. Mühüm tədbirə dövlət orqanlarının rəhbərləri, Joqorku Keneşin (Ali Məclisin) deputat­ları, KİV nümayəndələri dəvət edilmişlər.

Şəhərin formalaşması üçün 7--10 il nəzərdə tutulur. Şəhər əhalisi təqribən 500-700 min nəfər olacaq. Layihənin dəyəri 20 milyard dollar təşkil edir. 

Qırğızıstan latın əlifbasına keçməyə hazırlaşır. Bunun üçün bir neçə variant təklif edilir. Dilçi alimlər əlifba layihəsin­də bir neçə hərfin çatışmadığını bildir­mişlər. Bu barədə Dövlət dili üzrə milli komissiyanın sədri Qanıbek Osmonəli­yev Joqorku Keneşin iclasında məlumat vermişdir. 

Tatarıstan 

Kazan Tibb Universiteti Özbəkistan Tibb Akademiyası və Qazaxıstan univer­sitetləri ilə əməkdaşlıq müqavilələri im­zalamışdır. Özbəkistanın Tibb Akademi­yası ilə müqaviləyə əsasən Daşkənddə Tatarıstan mütəxəssislərinin köməyi ilə mama-ginekoloqlar hazırlanacaq. 

Başqırdıstan 

Ufa şəhəri meriyası paytaxtın tarixi mərkəzində bərpa-yenidənqurma işləri­nin planını təsdiq etmişdir. Şəhərin digər hissəsində -- “Vətən” parkında milli üs­lubda evlər quraşdırılacaq.

Başqırdıstan Meşə Yanğınları Mərkəzinin rəisi Ayrat Yusupovun verdiyi məlumata görə, bu ilin son dərəcə quraq keçən yayında respublikada meşə yan­ğınlarının sayı ötən ilə nisbətən 3 dəfə artmışdır. Ən ciddi yanğın Üzən kəndi yaxınlığında baş vermişdir. Burada təbii fəlakət 2 min hektar ərazini əhatə etmiş­dir. 

Çuvaşıstan 

Çuvaşıstanda “Volqaboyunda uğurlu ailə” müsabiqəsi təşkil edilmişdir. Mü­sabiqənin qalibləri Çeboksarı Filarmo­niyasında elan edilərək mükafatlandırıl­mışlar. Qaliblər üçün paytaxtın görməli yerlərinə ekskursiyalar təşkil olunmuş, Çuvaşıstan Milli Muzeyi ziyarət edilmiş­dir. 

“Uğurlu ailələr” Volqa çayına körpə balıqlar buraxmış, daha sonra “Çebok­sarı” gəmisində “Volqa”nı ziyarətə çıx­mışlar.

Eldəniz İBRAHİMOV,
sənətşünas



Son xəbərlər