Xarici işlər nazirlərinin telefon danışığı

post-img

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Raça dağlıq bölgəsində Şovi kurortunun yaxınlığında sel və torpaq sürüşməsi nəticəsində baş vermiş fəlakət ilə əlaqədar Gürcüstanın xarici işlər nazirinə zəng vurub.

Xarici İşlər Nazirliyinin Mətbuat xid­məti idarəsindən bildirilib ki, C.Bayramov bu ağır fəlakət zamanı həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan hökuməti və xalqına dərin hüznlə baş­sağlığı verib, yaralananlara şəfa diləyib. Nazir itkin düşmüş şəxslərin tezliklə tapı­lacağına ümid bəslədiyini bildirib.

O, Azərbaycanın hər zaman Gürcüs­tanın yanında olduğunu, xilasetmə tədbir­ləri və təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində hər bir yardım göstərməyə hazır olduğunu vurğulayıb.

Nazir İlya Darçiaşvili həmrəyliyə və göstərilən dəstəyə görə minnətdarlığını diqqətə çatdırıb.

“Xalq qəzeti”

Son xəbərlər