"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi

post-img

Türkiyənin İstanbul şəhərində “Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə” Türkiyə Forumu keçirilib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən keçirilən forum Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) İstanbul ofisində baş tutub.

Forumun açılış nitqini söyləyən “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər 44 günlük Vətən müharibəsindən sonra prezident İlham Əliyevin “Böyük Qayıdış” siyasəti çərçivəsində işğaldan azad edilən torpaqların canlandırılması, orada həyatın yenidən inşa edilməsi işlərinin uğurlu bir şəkildə davam etdiyini vurğulayıb. 

Daha sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli, Azərbaycanın İstanbuldakı konsulu Zaur Allahverdi-zadə və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) İdarə Heyətinin sədr müavini Pərviz Məmmədzadə Qərbi Azərbaycan və həmin bölgədən olan soydaşlarımızın qayıdış məsələsinin ciddi aktuallıq qazandığını qeyd ediblər. 

TİMBİR-in sədr müavini Adil Koçalan, İSTAD başqanı Səfər Qaraqoyunlu, Türkiyənin hakim AK Partiya Gənclər Təşkilatının xarici əlaqələr üzrə sədri Mustafa Kanyılmaz, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili, Qarabağ qazisi Nahid Canbaxışlı da çıxışlarında Qərbi Azərbaycan həqiqətlərindən danışaraq insan haqları çərçivəsində yurdlarından didərgin salınmış azərbaycanlıların evlərinə qayıdışının təmin olunmasının önəmindən bəhs ediblər.

Çıxışların ardınca Rəşid Mustafazadənin moderatorluğu ilə baş tutan paneldə Mehdi Gəncəli, Venera Mustafayeva və Dilqəm Əhməd tarixi gerçəklərə işıq tutublar.

Panel müzakirələrindən sonra iştirakçılara plaket təqdim edilib və forum xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.

Forumda Qərbi Azərbaycandakı izlərimiz ilə bağlı Qərbi Azərbaycan İcması ilə birgə hazırlanmış sərgi də nümayiş olunub. 



Son xəbərlər