Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi: yarım ildə 2 minədək müraciət

post-img

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində ilin birinci yarısında yerli özünüidarəetmə sahəsində görülmüş işlərin müzakirəsinə dair müşavirə keçirilib.

Mərkəzin rəisi Rəhman Məmmədov dövlətimizin başçı­sının tapşırıqlarına uyğun ola­raq vətəndaşların, o cümlədən müharibə iştirakçılarının və şəhid ailələrinin müraciətlərinə baxılması və onların qəbulu işi­nin daim diqqətdə saxlanıldığı­nı, altı ayda bələdiyyə fəaliyyəti ilə bağlı 2 minədək müraciətə baxıldığını və 190-dan çox vətəndaş qəbul edildiyini, mü­raciətlərdə qaldırılan məsələlə­rin həlli ilə bağlı zəruri tədbirlə­rin görüldüyünü vurğulayıb.

Qeyd edilib ki, ilin birinci yarısında nazirlik tərəfindən ötən ilin eyni dövrü ilə müqa­yisədə 22 faiz çox – 49 mindən artıq bələdiyyə aktı üzrə inzi­bati nəzarət həyata keçirilib. 

Vurğulanıb ki, nazirlik tərə­findən bələdiyyə sədrləri barə­sində 23 inzibati xəta protoko­lu tərtib edilərək məhkəmələrə göndərilib. İnzibati nəzarət icraatı qaydasında aparılmış araşdırmalar zamanı 17 halda ciddi qanun pozuntuları aşkar­lanaraq toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanla­rına göndərilib.

Qeyd edilib ki, hesabat dövründə ölkə üzrə torpaq və əmlak vergisindən yerli büd­cələrə daxilolmaların həcmi 13 faiz artaraq 8,2 milyon manat­dan çox olub. 

İclasda yarım il ərzin­də bələdiyyələrlə iş mərkəzi tərəfindən regional ədliyyə idarələrinin və Ədliyyə Akade­miyasının imkanlarından isti­fadə edilməklə 3400 bələdiyyə üzvü və qulluqçusu ilə 140-dək maarifçilik tədbiri keçirildi­yi, müxtəlif aktual məsələləri əhatə edən 16 metodik vəsa­it hazırlanaraq bələdiyyələrə paylanıldığı bildirilib. 

Tədbirdə müxtə­lif məsələlər üzrə çıxışlar edilərək görülmüş işlərlə ya­naşı, mövcud çatışmazlıqlar, yol verilmiş nöqsanlar geniş müzakirə olunub, bələdiyyələr­lə iş sahəsində qarşıda duran vəzifələr müəyyənləşdirilib. 

“Xalq qəzeti”

Son xəbərlər