YAP Mərkəzi Aparatının rəhbəri ICAPP-ın baş katibi ilə görüşüb

post-img

Kamboca Krallığında keçiriləcək parlament seçkilərini Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) missiyasının tərkibində müşahidə etmək məqsədilə bu ölkədə səfərdə olan Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov iyulun 21-də ICAPP-ın baş katibi Ahn Myung-soo ilə görüşüb.

Görüşdə Tahir Budaqov Yeni Azərbay­can Partiyasının ICAPP ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini, qarşılıqlı fay­dalı əlaqələrin daha da genişləndirilməsi­nin önəmini vurğulayıb. Öz növbəsində Ahn Myung-soo Yeni Azərbaycan Parti­yasının ICAPP-ın Daimi Komitəsinin üzvü kimi qurumun fəaliyyətində yaxından işti­rak etdiyini bildirərək birgə səylərlə əmək­daşlığın davamlı inkişaf edəcəyinə əmin­liyini ifadə edib. Görüşdə YAP-ın yeni yaradılmış ICAPP Biznes Şurasındakı fəaliyyəti və əməkdaşlığın perspektivləri barədə də fikir mübadiləsi aparılıb.

Sonra ICAPP-dan olan müşahidəçilər “Kamboca Milli Assambleyasına seçkilə­rin tarixi və perspektivləri” mövzusunda Kamboca Milli Seçki Komitəsi, Vətəndaş Cəmiyyəti Alyansı Forumu və Daxili İşlər Nazirliyi tərəfindən təşkil olunmuş bri­finqdə iştirak ediblər. Brifinqdə Kamboca Milli Assambleyasına Seçkilər haqqın­da Qanunun mahiyyəti, VII çağırış Milli Assambleyaya seçkilərdə təhlükəsizli­yin təmin edilməsi istiqamətində görülən tədbirlər, eləcə də Kambocanın tarixi və mövcud ictimai-siyasi vəziyyəti haqqında məruzələr dinlənilib, iştirakçıların sualları cavablandırılıb.

“Xalq qəzeti”

Son xəbərlər