Türkiyə məhkəmələri ilə əməkdaşlığın perspektivləri

post-img

Dünən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdə olub.

Nümayəndə heyəti Türkiyənin Ali Məhkəməsinin (Yargıtay) sədri Mehmet Akarca, Ali İnzibati Məhkəməsinin (Danıştay) sədri Zeki Yiğit, ədliyyə naziri Yılmaz Tunç və Baş prokuroru Bekir Şahinlə görüşlər keçirilib.

Görüşlərdə iki qardaş ölkənin məhkəmələrinin təcrübəsi və qarşılıqlı əməkdaşlığının perspektivləri müzakirə olunub. Azərbaycan və Türkiyənin məhkəmə-hüquq sistemləri arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi və bu münasibətlərin daha da genişlənməsi üçün səylərin artırılmasının vacibliyi vurğulanıb. Ədalət mühakiməsini həyata keçirən məhkəmələrin əməkdaşlığının ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verdiyi diqqətə çatdırılıb.

Daha sonra Ankara Universitetinin rektoru Necdet Ünüvar və Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Muhittin Özdemir ilə görüşlər keçirilib. Hüquqşünaslıq üzrə yüksəkixtisaslı kadrların hazırlanması, hakimliyə namizədlərlə yanaşı, məhkəmə aparatı işçilərinin də peşəkalıq səviyyəsinin artırlması istiqamətində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Son xəbərlər