Magistrlərin “Məzun günü”

post-img

Dünən AMEA Rəyasət Heyətinin binasında struktur rəhbərlərinin və qonaqların iştirakı ilə akademiya magistraturasını bitirən tələbələrin təntənəli “Məzun günü” keçirilib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Akademiyada magistratura təhsilinin ölkə başçısının müvafiq fərmanı ilə 2015-ci ildə yaradıldığını deyən akademik qeyd edib ki, akademiyada gəncləşmə siyasətinin həyata keçirilməsində magistraturanın çox boyük rolu olub. Məzunların, təxminən, yarısı fəaliyyətlərini bu elm məbədində davam etdirir.

AMEA Rəyasət Heyəti aparatının elm və təhsil şöbəsinin müdiri, dosent Hüseyn Hüseynov akademiyada bu günədək 479 magistrin məzun olduğunu, onlardan 216 nəfərin AMEA-da elmi fəaliyyətlərini davam etdirdiklərini söyləyib. Bu il 102 məzundan 74-ü fərqlənmə diplomuna layiq görülüb. 

AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Gövhər Baxşəliyeva və Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyev gənclərə tövsiyələrini çatdırıb, gələcək həyatlarında uğurlar arzulayıblar.

“Xalq qəzeti”

 

Son xəbərlər