Türkiyə alimləri ilə elektron şəbəkə dialoqu

post-img

Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin (ULAKBİM) nümayəndələri arasında “Zoom” platforması vasitəsilə onlayn görüş keçirilib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli AMEA ilə TÜBİTAK-ın uzun illərdir səmərəli əməkdaşlıq etdiyini, qurumun rəhbəri, professor Hasan Mandalla görüşləri zamanı elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi və digər istiqamətlərdə birgə əməkdaşlığa dair müzakirələrin aparıldığını deyib. O qeyd edib ki, bu gün qarşıda duran başlıca məqsəd yeniləşən akademiya yaratmaqdır, indiki hədəfimiz isə elektron xidmətlər şəbəkəsinin genişləndirilməsidir.

ULAKBİM-in rəhbəri Mehmet Mirat Satoğlu AMEA ilə əməkdaşlıqda maraqlı olduqlarını, Elmlər Akademiyasının qarşısına qoyduğu hədəflərə çatmaq üçün zəruri dəstəyi verəcəklərini bildirib. O bildirib ki, bu gün ölkələrimiz bütün sahələrdə sıx əməkdaşlıq edir və bu da elmi qurumlarımızın bir-birinə dəstək verməsinə, birgə irəliləməsinə yeni üfüqlər açır.

Görüşdə AMEA Rəyasət Heyəti aparatının xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva, “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi Aida Tağıyeva, “Elm” nəşriyyatının direktoru, fəlsəfə doktoru Səbuhi Qəhrəmanov və Ədəbiyyat İnstitutunun icraçı direktoru, fəlsəfə doktoru Mehman Həsənli görüşün akademiyanın elektron mühitə inteqrasiyası baxımından əhəmiyyətini vurğulayıblar. 

“Xalq qəzeti”

Son xəbərlər