Deputatlar Bolqarıstana səfər edəcəklər

post-img

Milli Məclisin deputatları, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev və qrupun üzvü Ramin Məmmədov Bolqarıstan Respublikası Xalq Məclisinin Bolqarıstan-Azərbaycan dostluq qrupu rəhbərinin dəvəti ilə iyunun 19-da Bolqarıstanın Sofiya şəhərinə səfər edəcəklər. 

Səfər çərçivəsində deputatlarımız parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı müzakirələr aparacaqlar.

Səfər iyunun 22-də başa çatacaq.

Anar ƏLİ,
“Xalq qəzeti”

Son xəbərlər