Əli Əsədovun Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının prezidenti ilə görüşü

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 7-də Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurasının prezidenti Salvatore Şikitano ilə görüşüb. 

Nazirlər Kabinetinin mətbuat xidmə­tindən bildirilib ki, görüşdə Azərbaycanda mülki aviasiyanın inkişafı və aviasiya təh­lükəsizliyi sahəsində görülmüş işlər barə­də ətraflı fikir mübadiləsi aparılıb.

Ölkəmizdə aviasiya təhlükəsizliyi standartlarının ICAO standartlarına uy­ğunlaşdırılması təşkilat tərəfindən yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb.

İşğaldan azad edilmiş ərazilərdə is­tismara verilmiş hava limanlarının ICAO-nun beynəlxalq məkan indeksləri kata­loquna daxil edildiyini bildirən Baş nazir bu bölgələrdə beynəlxalq aeroportların inşasının turizmin inkişafı baxımından va­cibliyini vurğulayıb.

“Xalq qəzeti”

Son xəbərlər