Azərbaycan Respublikası 1970-ci il Konvensiyasının Yardımçı Komitəsinə üzv seçilib

post-img

Mayın 30-da UNESCO-nun mənzil-qərargahında “Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasına tərəf ölkələrin 7-ci sessiyası öz işinə başlayıb.

Xarici İşlər Nazirliyindən qəzetimizə bildirilib ki, sessiya za­manı, Konvensiyanın Yardımçı Komitəsinə İkinci Seçki Qrupun­dan (Şərqi Avropa və Mərkəzi Asiya) olduqca rəqabətli şəraitdə keçirilmiş seçkilər çərçivəsində Azərbaycan ən yüksək səs top­layaraq Konvensiyanın Yardımçı Komitəsinə üzv seçilib. 

Seçkilərdə 1970-ci il Konvensiyasına tərəf 125 ölkə iştirak edib və onlardan 112 dövlət Azərbaycanın lehinə səs verib.

Xarici İşlər Nazirliyi Azərbaycanın namizədliyini dəstəkləyən bütün üzv dövlətlərə təşəkkür edir.

“Xalq qəzeti”

Son xəbərlər