Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb

post-img

Mayın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində yenidən qələbə qazanması münasibətilə Türkiyənin vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətin­dən bildiriblər ki, məktubda Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Respubli­kasının böyük inkişaf yolu keçdiyi və bunun təzahürü olaraq qardaş Türkiyə xalqının ölkənin hərtərəfli çiçəklənməsi yolunda öz liderinin genişmiqyaslı fəaliyyətini və xidmət­lərini yüksək qiymətləndirdiyi, bu seçkilərdə də ona etimad göstərildiyi vurğulanıb. 

Milli iradənin və demokratiyanın təntənəsi olan bu səsvermənin nəticələ­rinin Azərbaycanda da böyük sevinc və coşqu ilə qarşılandığı diqqətə çatdırılıb.

Möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı inama, etimada, dəstəyə əsasla­nan və dövlətlərimizin başçılarının rəhbərliyi ilə bu gün müttəfiqliyin və strateji tərəfdaşlı­ğın ən yüksək səviyyəsinə çatmış Azərbay­can-Türkiyə dövlətlərarası münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf edə­cəyinə və hər iki ölkənin xalqlarının rifahına xidmət göstərəcəyinə əminlik ifadə olunub.

 

“Xalq qəzeti”

Son xəbərlər