Milli Məclisin Sədri Serbiya Prezidenti ilə görüşüb

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova Serbiya Respublikasına rəsmi səfəri çərçivəsində mayın 25-də bu ölkənin Prezidenti Aleksandar Vuçiç ilə görüşüb.

Azərbaycan parlament nümayən­də heyətini səmimiyyətlə salamlayan Aleksandar Vuçiç, dost və strateji tərəf­daş olan ölkələrimiz arasında münasi­bətlərin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib. 

A.Vuçıç ölkəmizdə baş verən pro­sesləri çox yaxından izlədiyini vurğu­layıb, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı nailiy­yətləri yüksək qiymətləndirib. Serbiya Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərini məmnun­luqla xatırladaraq, bu görüşlər zamanı əldə olunmuş razılaşmaların və imza­lanmış sənədlərin ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsinə mü­hüm töhfələr verdiyini diqqətə çatdırıb. 

Milli Məclisin Sədri Sahibə Qafaro­va göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Azər­baycan Prezidenti İlham Əliyevin sa­lamlarını Serbiya Prezidentinə çatdırıb.

Bu səfərin Azərbaycan Milli Məc­lisinin Sədri səviyyəsində Serbiyaya ilk rəsmi səfər olduğunu deyən Sahi­bə Qafarova, inamını ifadə edib ki, bu səfər ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və geniş­lənməsinə töhfə verəcək. 

Serbiya Prezidenti Aleksandar Vu­çiç, Prezident İlham Əliyevin salam­larına görə minnətdarlığını bildirərək, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Sahibə Qafarova Serbiya Respub­likasına rəsmi səfəri çərçivəsinddə bu ölkənin Milli Assambleyasının sədri Vladimir Oriçlə görüşüb. Görüşdə qar­şılıqlı maraq doğuran məsələlər ətra­fında fikir mübadiləsi aparılıb. 

Sonra Azərbaycan və Serbiya par­lamentləri arasında anlaşma memo­randumu imzalanıb. İki ölkənin parla­ment rəhbərləri bu memorandumun münasibətlərin daha da genişlənmə­sinə xidmət edəcəyinə inamlarını ifadə ediblər.

***

Milli Məclisin Sədrinin rəhbər­lik etdiyi nümayəndə heyəti Serbiya Respublikasına səfəri çərçivəsində Belqraddakı Taşmaydan parkında ümummilli lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət edib. S.Qafarova abidələrin önünə əklil qoyub. 

Ə.BƏDƏLOV, “Xalq qəzeti”

Son xəbərlər