TEKNOFEST Ankara və İzmirdə keçiriləcək

post-img

Dünyanın ən böyük aviasiya, kosmonavtika və texnologiya festivalı TEKNOFEST İstanbuldan sonra Ankara və İzmirdə keçiriləcək.

TEKNOFEST-in mətbuat xidmətindən “Anadolu”ya verilən məlumata görə, əvvəlcə cümhuriyyətin 100 illiyi münasibətilə Türkiyənin üç böyük şəhərində keçirilməsi planlaşdırılan festivalın ikinci məkanı Ankara olacaq.

Festival Türkiyənin paytaxtında avqustun 30-dan sentyabrın 3-dək, İzmirdə isə sentyabrın 27-dən oktyabrın 1-dək keçiriləcək.

Festival çərçivəsində Ankara və İzmirdə müxtəlif tədbirlər, o cümlədən hava şouları, texnologiya yarışmaları, mükafatlandırma mərasimləri, səhnə çıxışları, ustad dərsləri, elmi şoular, maarifləndirici seminarlar, uçuşlar təşkil olunacaq.

Ankarada festival Etimesqut hava limanının ərazisində, İzmirdə - Çiğlidə keçiriləcək.

Bu il TEKNOFEST 2023 texnologiya yarışmasında iştirak etmək üçün 333 000-dən çox komanda və 1 milyondan çox iştirakçı müraciət edib.

S.ELAY,

"Xalq qəzeti"

Son xəbərlər