Rusiya Qərbi F-16-nın Ukraynaya tədarükü halında “böyük” risklərlə hədələyib

post-img

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, Qərb ölkələri Ukraynaya F-16 qırıcıları tədarük etsələr, “böyük risklərlə” üzləşəcəklər. Onun sözlərinə görə, Rusiya planlaşdırmasında qırıcıların verilməsi imkanlarını nəzərə alacaq: “Eskalasiya nərdivanı adlanan yerdə hərəkət var. Biz görürük ki, Qərb ölkələri hələ də eskalasiya ssenarisinə sadiqdirlər. Bu, özləri üçün böyük risklər ehtiva edir. Hər halda, bu, bütün planlarımızda nəzərə alınacaq və məqsədlərimizə çatmaq üçün bütün lazımi vasitələrə sahibik".

Mayın 19-da NBC telekanalı yüksək vəzifəli mənbələrə istinadən xəbər verib ki, G7 liderlərinin Xirosimada keçirilən sammitində ABŞ Prezidenti Co Bayden F-16 qırıcı təyyarələrində ukraynalı pilotlar üçün müttəfiqlərin təlim proqramlarını dəstəkləyib.

Ağ Ev hesab edir ki, indi F-16 qırıcılarını döyüş meydanında istifadə etməyin vaxtı deyil, lakin gələcəkdə onlara ehtiyac olacaq. Fevral ayında Co Bayden F-16-ları təhvil verməkdən imtina etmişdi. Xatırladaq ki, may ayında Böyük Britaniya və Hollandiya hakimiyyəti Ukraynaya F-16 qırıcılarının tədarükü üçün koalisiya yaratmaq qərarına gəliblər. 

S.ELAY,

"Xalq qəzeti"

 

Dünya