Azərbaycan millisi Polşaya məğlub oldu

post-img

Astarada təşkil edilən 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının "Astara" mərhələsi çərçivəsində bu gün Azərbaycan millisi Polşa yığması ilə qarşılaşıb. Hesabı oyuna daha fəal başlayan Azərbaycan seçməsi açıb. İlk basketin müəllifi yığmamızın üzvü Mersedes Volker olub. Lakin sonrakı dəqiqələrdə təşəbbüsü ələ alan Polşa komandası 22:7 hesabı ilə qalib gəlib.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman