Baş nazir Əli Əsədov Parlamentlərarası İttifaqın prezidenti ilə görüşüb

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 16-da ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın (İPU) prezidenti Duarte Paçeko ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə D.Paçekonun Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında iştirakı yüksək qiymətləndirilib.

İPU-nun parlamentlərarası əlaqələrin və qlobal parlament diplomatiyasının inkişafındakı rolu təqdir edilərək Azərbaycanın bu təşkilatla əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyi bildirilib.

Azərbaycanın İPU-ya üzv kimi səmərəli fəaliyyəti, həmçinin qarşıdakı dövrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Son xəbərlər