UNESCO AİPS milli assosiasiyalarının nümayəndələrini Bakıya dəvət edib

post-img

Bu gün Koreya paytaxtı Seulda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 85-ci konqresi öz işini davam etdirir. 

Konqresdə UNESCO İdman bölməsinin rəhbəri Filip Müllerin təmsil etdiyi beynəlxalq qurumun qarşıdakı tədbirləri haqqında təqdimatı dinlənilib. O, 26-29 iyun 2023-cü il tarixlərində Azərbaycan Respublikasının paytaxtı Bakıda keçiriləcək bədən tərbiyəsi və idmana məsul nazirlərin və yüksək vəzifəli şəxslərin 7-ci Beynəlxalq Konfransı (MINEPS VII) haqqında məlumat verib. 

Təqdimatın sonunda cənab Filip Müller AİPS milli assosiasiyalarının nümayəndələrini Bakıdakı konfransa dəvət edib. 

AİPS Prezidenti Canni Merlo MİNEPS VII-də iştirak edəcəyini bildirib. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının birinci vitse-prezidenti, AİPS Europe İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadə UNESCO nümayəndəsinə təqdimat və dəvətinə görə təşəkkürünü bildirib. 

Konqres may ayının 12-nə kimi davam edəcək.





Son xəbərlər