Ulu öndərin xatirəsinə 100 ədəd Eldar şamı əkilib

post-img

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Azərbaycan Elektron İdmanı Federasiyasının rəhbərliyi və əməkdaşlar ağacəkmə aksiyasına qoşulub. 

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən "Xalq qəzeti"nə bildirilib ki, Ağacəkmə tədbiri federasiya əməkdaşları, oyunçular və könüllülərin iştirakı ilə keçirilib.

Bildirilib ki, yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm verən ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Balaxanı qəsəbəsində keçirilən ağacəkmə aksiyası zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 100 ədəd Eldar şamı əkilib.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

Son xəbərlər