Rusiya Federasiyasında Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlər keçirilir

post-img

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı dünyanın bir çox ölkələrində, o cümlədən Rusiyada silsilə tədbirlər keçirilir. Bu  barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriilib. 

Rusiya Federasiyasında ulu öndərin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Milli Məclisin Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə mayın 5-də Vladiqafqaz, mayın 7-də isə Pyatiqorsk şəhərlərində səfərdə olacaq.

Tədbirlərdə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti barədə danışılacaq, ulu öndərin 100 illik yubileyinə həsr olunmuş idman yarışları və mədəni proqramlar təşkil ediləcək.

Səfər mayın 7-də başa çatacaq.

Anar ƏLİ,

“Xalq qəzeti”

Son xəbərlər